Qubada yanğınların yayılmasının qarşısı alınıb - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Qubada yanğınların yayılmasının qarşısı alınıb - YENİLƏNDİ

Qubada yanğınların yayılmasının qarşısı alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda yanğın ocaqlarında müşahidə olunan tüstülənmənin qarşısının alınması üçün tədbirlər davam etdirilir.

Bildirilir ki, Yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin canlı qüvvəsi və 1 ədəd texnikası, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.

***

Siyəzən rayonunda başlayan yanğın Şabran və Quba rayonlarının ərazisinə keçib.

Publika.az report-a istinadən xəbər verir ki, Şabran rayonunun Dağ Bilici kəndi istiqamətindən Quba rayonunun Çiçi kəndi istiqamətindəki dağ-meşə massivində yanğın başlayıb.

Təxminən, 1000 hektara yaxın ərazini əhatə edən yanğın zamanı meşədə heyvanlar və quşlar tələf olub, təbiətə ziyan dəyib.

Hazırda yanğınsöndürənlər və kənd sakinləri tərəfindən ərazidə yanğının söndürülməsi istiqamətində işlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm