Ramin Hacılıya əlavə ittihamlar verildi: Həbs müddəti artırıldı
Bizi izləyin

Hadisə

Ramin Hacılıya əlavə ittihamlar verildi: Həbs müddəti artırıldı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən həbs edilən Ramin Hacılının barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Publika.az xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan prosesdə istintaq orqanını təqdimatı təmin edilib.

Ramin Hacılının barəsində həbs qətimkan tədbiri daha 2 ay 15 gün müddətinə uzadılıb.

Istintaq orqanı tərəfindən Ramin Hacılının barəsində əlavə ittihamlar elan edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 178.2.2-ci (təkrar dələduzluq) maddələri ilə ittiham elan edilib.

Ramin Hacılı həbs olunan zaman isə ona əvvəlcə Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddəsi ilə ittiham edilib.

İttihama görə, iyunun 4-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhddinin pozulmasının qarşısı alınıb.

Belə ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin Azad oğlu saxlanılıblar.

İlkin araşdırma zamanı Ramin Hacılı ölkədən çıxışına qadağa qoyulması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçirilməsində ona köməklik etməsini etiraf edib.

F.Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm