Baş prokurordan ictimai rezonansa səbəb olmuş cinayətlərlə bağlı AÇIQLAMA
Bizi izləyin

Hadisə

Baş prokurordan ictimai rezonansa səbəb olmuş cinayətlərlə bağlı AÇIQLAMA

"Bu ilin 6 ayında ictimai rezonansa səbəb olmuş cinayət işlərindən 21 şəxs barəsində 11 iş məhkəmələrə göndərilib".

Publika.az xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov prokurorluq orqanları tərəfindən 2018-ci ilin birinci yarısında "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində çıxışı zamanı deyib.

Qeyd olunub ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra ağır, mürəkkəb və çoxepizodlu cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 21 şəxs barəsində 11 iş üzrə yüksək peşəkarlıqla istintaqın yekunlaşdırılaraq məhkəmələrə göndərilməsi xüsusi vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm