Şəmkirdə QORXUNC QƏZA: 1 ölü, 8 yaralı - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Şəmkirdə QORXUNC QƏZA: 1 ölü, 8 yaralı - YENİLƏNDİ

Gəncə-Şəmkir yolunda baş verən yol-nəqliyyat hadisəsində ölən şəxsin kimliyi məlum olub.

DİN Mətbuat Xidmətinin Qərb regional qrupundan APA-ya verilən məlumata görə, Göygöl rayon Quşqara kəndində Şəmkir rayon Çinarlı kənd sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Elşən Zakir oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə Gədəbəy rayonu Rüstəm Əliyev kənd sakini, 1994-cü il təvəllüdlü Allahverdiyeva Günel Osman qızının idarə etdiyi “Mercedes 190” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 21011”-in sürücüsünün həyat yoldaşı, Şəmkir rayonu Çinarlı kənd sakini, 1987-ci il təvəllüdlü Nəbiyeva Ülviyyə Yaşar qızı aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb, onun ərinin sol ayağı qırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

İki avtomobilin toqquşması nəticəsində 1 qadın hadisə yerində ölüb, daha 8 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Onlar Şəmkir rayon Çinarlı qəsəbə sakini Elşən Zakir oğlu Nəbiyev, Nəbiyeva Elnurə Elnur qızı (2006-cı il təvəllüdlü), Nəbiyeva Arifə Elşən qızı (2008-ci il), Nəbiyeva Ayşən Elşən qızı (2011-ci il), Nəbiyev Ağa Elşən oğlu (2011-ci il), Nəbiyev Vüsal Elnur oğlu (2007-ci il) və Elçin adlı şəxsdir.

Hadisə zamanı xəsarət alan daha bir nəfər isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda ölən qadının kimliyi və qəzanın səbəbləri araşdırılır.

***

Gəncə-Şəmkir avtomobil yolunda ağır yol qəzası baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, Şəmkir rayonu ərazisində hərəkətdə olan “VAZ 21011”-lə başqa bir avtomobilin toqquşması nəticəsində 1 qadın ölüb, 2 kişi, 1 qadın və 1 yeniyetmə isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm