Bakıda “Caspian Plaza” yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda “Caspian Plaza” yanır - FOTO/VİDEO (YENİLƏNDİ)

"Caspian Plaza" iş mərkəzində baş vermiş yanğın söndürülüb.

***

Bakıda "Caspian Plaza" biznes mərkəzində baş verən yanğın lokallaşdırılıb, lazımi tədbirlər görülüb.

Bu barədə "Report"a bizmes mərkəzindən bildirilib.

Qeyd olunub ki, hadisə baş verən zaman qısa vaxt ərzində biznes mərkəzində işləyən şəxslərin təxliyyəsi həyata keçirilib.

***

Bakının Cəfər Cabbarlı küçəsində yerləşən "Caspian Plaza” iş mərkəzində yanğın baş verib.

Publika.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. İş mərkəzində çalışanlar təxliyyə edilib.

İlkin məlumata görə, yanğına səbəb elektrik xətlərində qısaqapanma olub. Tüstünün binanın bütün mərtəbələrini əhatə etdiyi bildirilir.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm