Azərbaycana düz bağırsağında narkotik keçirilmək istədi
Bizi izləyin

Hadisə

Azərbaycana düz bağırsağında narkotik keçirilmək istədi

İrandan Azərbaycana narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

DGK-dan Publika.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı zərurət yarandığı üçün onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, saxlanılan şəxsin düz bağırsağında narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 0,5 qram olan heroin, 1 bükümdə isə xalis çəkisi 4,368 qram olan qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm