Xadiməsi olduğu evi tanışı ilə birləşib qarət etdi
Bizi izləyin

Hadisə

Xadiməsi olduğu evi tanışı ilə birləşib qarət etdi

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, iyulun 30-da Sumqayıt şəhər sakini Rəsul Fazil oğlu 4-cü polis bölməsinə ərizə ilə müraciət edib.

O, 2017-ci ilin yanvar ayından aprel ayınadək olan müddətdə 30-cu məhəllədəki evindən 7500 manatının və 2000 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun onun evində xadimə işləyən T.Novruzova tərəfindən törədilməsi müəyyən edilib.

T.Novruzova izahatında hadisəni törətməsini və qızıl əşyaları həmyerlisi S.Ələkbərova ilə birgə satmasını etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm