Bulvar yaxınlığında içərisində 2 nəfərin olduğu qayıq YOXA ÇIXDI - FHN HƏRƏKƏTƏ KEÇDİ
Bizi izləyin

Hadisə

Bulvar yaxınlığında içərisində 2 nəfərin olduğu qayıq YOXA ÇIXDI - FHN HƏRƏKƏTƏ KEÇDİ

Dənizkənarı Milli Park yaxınlığında içərisində 2 nəfərin olduğu qayıq küləyin təsirindən qeyri-müəyyən istiqamətdə dənizə səmt alıb.

Publika.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1 ədəd gəmisi axtarışlara cəlb olunub, yaxınlıqda üzən gəmilərə məlumat verilib.

Bu gün səhər saatlarından başlayaraq axtarışlar davam etdirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Dövlət Sərhəd Xidmətinin 2 ədəd helikopteri və 2 ədəd gəmisi axtarışlarda iştirak edir.

Əlavə məlumat veriləcək​.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm