Şüvəlanda və Buzovnada evləri qarət edən “zek”lər tutuldu
Bizi izləyin

Hadisə

Şüvəlanda və Buzovnada evləri qarət edən “zek”lər tutuldu

Bakının Xəzər rayonunda oğurluq baş verib.

Publika.az xəbər verir ki, 1-ci polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 500 manat və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şüvalan qəsəbə sakini Emin Behbudov saxlanılıb.

İstintaq araşdırması zamanı Emin Behbudovun əvvəllər məhkum olunduğu üzə çıxıb.

Daha bir oğurluq faktı ilə bağlı əməliyyatı 2-ci polis şöbəsinin əməkdaşları keçirib.

İyulun 27-də Buzovna qəsəbəsindəki evlərin birindən oyun aparatı oğurlanması barədə şöbəyə məlumat daxil olub.

Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aqşin Əliyev tutulub.

Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu üzə çıxıb.

Onun daha dörd nəfərin mobil telefonlarını oğurlaması da müəyyən edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm