Bakıda "Hyundai" qəza törətdi, ağır xəsarət alanlar var - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda "Hyundai" qəza törətdi, ağır xəsarət alanlar var - VİDEO

Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb.

"90-NU-205" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil Alı Mustafayev küçəsində yüksək sürətlə hərəkətdə olan zaman "01-BP-836" dövlət nişanlı "Mercedes" markalı maşına çırpılıb.

Zərbənin gücündən hər iki avtomobil beton arakəsməyə dəyib. Nəticədə "Hyundai"da olan iki nəfər ağır xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, hər iki yaralı açıq kəllə-beyin travması alıb. Hazırda onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm