Bakıda restoranda silahlı insident: Ölən və yaralananın kimliyi bilindi - - FOTO/VİDEO(YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda restoranda silahlı insident: Ölən və yaralananın kimliyi bilindi - - FOTO/VİDEO(YENİLƏNDİ)

Mətnə video və foto əlavə olunub.

***

Bakının Ramana qəsəbəsində baş verən silahlı insident nəticəsində ölən və yaralananın şəxsiyyəti məlum olub.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, yaralanan şəxs 1984-cü il təvəllüdlü Kərimov Elxan Nazim oğludur.

Həmçinin ölənin Çingiz Xudiyev, hadisəni törədənin isə Hikmət adlı şəxs olduğu bildirilir. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

***

Bakının Sabunçu rayonunda silahlı insident baş verib.

Publika.az “Report”a istinadən xəbər verir ki, Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.

Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm