Mingəçevirdə kütləvi ZƏHƏRLƏNMƏ
Bizi izləyin

Hadisə

Mingəçevirdə kütləvi ZƏHƏRLƏNMƏ

Mingəçevirdə məclisdə mədə bağırsaq pozuntusu keçirən 7 nəfər xəstəxanaya yerləşdirilib.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə Günəşli yaşayış massivində keçirilən nişan mərasimində baş verib. Belə ki, qonaqlar arasında kütləvi mədə bağırsaq pozuntusu yaşanıb. Halı pisləşən 10-a yaxın məclis iştirakçısı xəstəxanaya çatdırılıb. Həmin şəxslərdən durumu daha ciddi olan 7-si xəstəxanaya yerləşdirilib. Onlar aşağıdakılardır:

Aşurov Osman Şahlar oğlu - 2004-cü il təvəllüdlü, Mingəçevir şəhər sakini;

Aşurova Xumarə Anar qızı - 1996-cı il təvəllüdlü, Ağdaş rayon sakini;

Aşurova Mətanət Ramiz qızı - 1982-ci il təvəllüdlü, Ağdaş rayon sakini

Aşurova Səidə Şahlar qızı - 2003-cü il təvəllüdlü;

Nəbiyeva Zinyət Ələddin qızı - 1961-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini;

Mirzəliyeva Şəfa Elnur qızı - 1952-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini

Mirzəliyeva Şəfəq Təhməz qızı - 2014-cü il təvəllüdlü, Mingəçevir şəhər sakini.

Əldə edilən ilkin məlumata görə, qonaqlarda mədə pozuntusu "Paytaxt" salatından istifadə olunandan sonra baş verib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm