Hadisə
Narkoloji Mərkəzin həkimi həbs edildi - Rüşvətə görə
Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğınla bağlı mərkəzin daha bir həkimi cinayət məsuliyyətinə cəlb edilib. Həmin mərkəzdə həkim vəzifəsində çalışmış Afət Məmmədova barəsində cinayət işi başlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət
alma) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə A.Məmmədovanın
barəsində polis nəzarəti qətimkan tədbiri seçib. Cinayət
matereallarına əsasən, A.Məmmədova mərkəzdə yanğın törətmiş
Məhəmməd Məmmədovun həkimi olub.
A.Məmmədov, mərkəzin direktoru Telman Məmmədhəsənov və digərlərinin
cinayət işi üzrə ibtidai istintaqı yekunldırılaraq, Bakı Ağır
Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin
icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 24-nə təyin
edilib.
Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu
ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan
tələfatı ilə nəticələnən yanğın baş verib.
Görülən tədbirlərlə Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində
psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər
sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin
cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı
cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona
qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə
müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini
bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı
palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov
gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı
çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən
qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini
göstərib.
M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli
üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi
öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və
186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri
ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də
kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar
təyin olunub.
Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman
Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir
Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi
qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır
nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət
işi başlanıb.
Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər
olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. (Report)
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK