Hadisə
İrandan Azərbaycana narkotik gətirən dəstə zərərsizləşdirildi - - FOTO
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Füzuli rayonu Bala-Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dovlət sərhədini pozması əlamətləri aşkarlanıb.
DSX-dən Publika.az-a verilən məlumata görə, sərhəd axtarışı əməliyyatı nəticəsində 2 nəfər İran İslam Respublikası vətəndaşı, Maku şəhər sakinləri 1972-ci il təvəllüdlü Qasımzadə Həsən Əhməd və 1995-ci il təvəllüdlü Həsənzadə Həmid Hüseyn saxlanılıb, onların İrandan Azərbaycana dövlət sərhədini pozaraq ərazidə gizlətdikləri 1 kq 335 qram heroin, 570 qram tiryək, 265 qram metafitamin, 670 qram marixuana və 10 ədəd psixotrop həb aşkar olunub.
Hadisə ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayonunun Araz-Dilağarda kəndində narkotik vasitələri qəbul etmək üçün əraziyə gəlmiş “Hunday Elantra” markalı 99 MV 667 dövlət qeydiyyat nişanlı avtomobildə Bakı şəhər sakinləri 1986-cı il təvəllüdlü Həbibullayeva Günay Qüdrət qızı, 1993-cü il təvəllüdlü Mirnağıyev Mirtağı Süleyman oğlu və İran vərəndaşı 1990-cı il təvəllüdlü Hacı Hacelo Niari İsa Ərşad saxlanılıblar. Avtomobilə və həmin şəxslərin əşyalarına keçirilmiş baxış zamanı Həbibullayeva Günay Qüdrət qızının əl çantasından 6435 ABŞ dolları, 16400 AZN və 5-10 qram çəkidə bükümlərdə metafitamin, heroin və marixuana aşkarlanıb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq DSX-nin ƏABİ-nin və DİN-in BNMİ-nin əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində İİR vətəndaşı İ.Niarinin Bakı şəhərində yaşadığı evinə keçirilmiş baxış zamanı 100 qram heroin narkotik vasitəsi aşkar edilib.
Bu mütəşəkkil cinayətkar qrupun daha bir üzvü, narkotik vasitələrin satışının təşkilatçısı Ağcəbədi rayon sakini 1975-ci il təvəllüdlü Əliyev Hümmət Yusif oğlu saxlanılıb, onun mənzilindən 1 ədəd gözyaşardıcı qaz balonu, 5 ədəd metadon və 3 ədəd “Lirika” psixotrop həbləri, 213 qram heroin və 1 qram tiryək aşkar olunaraq götürülüb.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanılıb.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!