Hadisə
Ağsuda yeni doğulmuş körpə öldü
Ağsuda yeni doğulmuş körpə dünyasını dəyişib.
Avqusutun 16-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində 1990-cı il təvəllüdlü Ağsu şəhər sakini Cəfərova Türkan Ramiz qızının təbii doğuşla dünyaya gətirdiyi körpə ölüb.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əli Hüseynov isə Trend-ə bildirib ki, Cəfərova Türkan Ramiz qızı xəstəxanaya avqustun 16-da hamiləliyinin 39-40-cı həftəsində daxil olub. Qadın təbii yolla doğuş həyata keçirib, ona "ölü döl" diaqnozu qoyulub. Valideynlərinin istəyi ilə ölü doğulmuş körpənin ölüm səbəblərinin öyrənilməsi üçün onun meyiti ekspertizaya təqdim edilib.
Ə.Hüseynov qeyd edib ki, hazırda ana sağlam hesab edilir.
Baş həkimin müavini əlavə edib ki, T.Cəfərovanın buna qədər 3 hamiləliyi olub və onların hər bir hamiləlik 7, 8 və 9-cu ayda düşüklə bitib. (trend)
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi