Qubada qəbiristanlıqda çətənə becərən şəxs saxlanıldı
Bizi izləyin

Hadisə

Qubada qəbiristanlıqda çətənə becərən şəxs saxlanıldı

Qubada qəbiristanlıqda çətənə becərən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Publika.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Quba rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş rayon sakini Rövşən Axundov saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı sağ cibindən siqaret kağızına bükülmüş qurudulmuş marixuana, həmçinin R.Axundov tərəfindən rayon ərazisində yerləşən qəbiristanlığın ərazisində xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş hündürlüyü 90-168 sm olan 6 ədəd çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Rövşən Axundov cətənə kollarını özü əkdiyini etiraf edib.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm