Rusiyada ağır qəza: 2 ölü, 15 yaralı
Bizi izləyin

Hadisə

Rusiyada ağır qəza: 2 ölü, 15 yaralı

Rusiyanın Stavropol diyarında sərnişin avtobusu yük maşını ilə toqquşub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, toqquşma nəticəsində 2 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.

Məlumata əsasən, avtobus Tbilisi-Krasnodar reysini həyata keçirirmiş.

Xəstəxanaya yerləşdirilən yaralılardan 8-nin vəziyyətinin ağır və orta ağır olduğu bildirilir. Digərlərinin isə zədələri ağır deyil. Qalan sərnişinlər müvəqqəti Kurşava kəndində mədəniyyət evində yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm