Azərbaycanlı aktyorun oğlu öldü - - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycanlı aktyorun oğlu öldü - - FOTO

Azərbaycanlı aktyor Sadiq Nasirə ağır itki üz verib.

Publika.az xəbər verir ki, onun oğlu dünyasını dəyişib.

Aktyor bu barədə sosial şəbəkədə yazıb: “Üzündəki təbəssümə qurban olsun ata. Məni qoydun getdin bu dünyadan. Mənim ağıllı balam. Məzarın nurla dolsun”.

Nasir Milli.Az-a açıqlamasında isə oğlunun həkimlərin qurbanı olduğuni deyib:

“Ürəyim, içim qan ağlayır. Allah heç kimə bala acısı göstərməsin. Oğlumu həkimlər oldürdü, o günahsız mələk həkim səhlənkarlığının qurbanı oldu. Həkimlər ona heç bir diaqnoz qoya bilmədilər, bütün analizlərin cavabı təmiz çıxdı.

Yas məclisini yola verəndən sonra məhkəməyə üz tutacağam. Həmin həkimlər mütləq şəkildə cəzalarını çəkməlidir”.

Qeyd edək ki, Sadiq Nasir Azərbaycanda yerli seriallarda oynadığı rollarla məşhurdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm