Hadisə
Bakı metrosunda İNTİHARA CƏHD - Qatarlar dayandırıldı
Metronun "Nizami" stansiyasında bir nəfər özünü qatarın altına atıb.
“Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a bildirib ki, hadisə bu gün 11:40 radələrində baş verib.
“1968-ci il təvəllüdlü Tərlan Yusifov qatar platformaya daxil olanda özünü relslərin üzərinə atıb. Lakin o, iki relsin arasına düşüb. Dərhal təmas relslərində gərginlik dayandırılıb. Sərnişin oradan çıxarılaraq təcili tibbi yardım briqadalarına təhvil verilib”.
B.Məmmədovun sözlərinə görə, hadisə nəticəsində T.Yusifov ciddi xəsarət almayıb: “Təcili yardım həkimlərinin də rəyində qeyd edilir ki, relslərin arasına düşsə də, o, ciddi xəsarət almayıb. Müayinə zamanı onun bədənində spirt aşkarlanıb. Stansiyadakı videokameralardakı görüntüdən də onun qaçaraq özünü relslərin üzərinə atdığı aydın görünür”.
B.Məmmədov bildirib ki, bu hadisə ilə əlaqədar “Elmlər Akademiyası” stansiyasında qatarın hərəkətinə mövcud intervaldan 4 dəqiqə artıq fasilə verilib: “Lakin tədbirlər planına əsasən, qısa zamanda qatarların əvvəlki qrafik üzrə hərəkəti təmin edilib”.
Gülxar
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var