Moskvanın mərkəzində atışma - ANBAAN GÖRÜNTÜLƏR
Bizi izləyin

Hadisə

Moskvanın mərkəzində atışma - ANBAAN GÖRÜNTÜLƏR

Naməlum şəxs Moskvanın mərkəzində diplomatik nümayəndəliklərin mühafizəsi üzrə alayın iki polisinə atəş açıb.

Publika.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin paytaxt idarəsinin mətbuat xidmətindən “RİA- Novosti” agentliyinə bildiriblər.

Hadisə nəticəsində polislərdən biri yaralanıb.

Polis əməkdaşları cavab atəşi açıblar, nəticədə hücum edən yaralanıb. Onun saxlanıldığı bildirilir. Fövqəladə hadisənin baş verdiyi ərazinin 500 metrliyində Filippin səfirliyi yerləşir.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm