Ata 19 yaşlı oğlunu bıçaqladı - Şirvanda QANLI OLAY
Bizi izləyin

Hadisə

Ata 19 yaşlı oğlunu bıçaqladı - Şirvanda QANLI OLAY

Şirvanda Sabirabad sakini bıçaqlanıb.

Gecə saatlarında Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Əmisinin evinə qonaq gələn Sabirabad rayonunun Azadakənd sakini, 1999-cu il təvəllüdlü Abasov Əli Nizami oğlu atası tərəfindən bıçaqlanıb. Ə.Abasov daxilə nüfuz edən qarının ön divarının kəsilmiş-deşilmiş yarası, həmçinin qara ciyərin zədələnməsi diaqnozu ilə ilə Şirvan şəhər xəstəxanasına yerləşdirlərək əməliyyat olunub. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən 19 yaşlı gəncin vəziyyəti orta-ağır kimi qiymətləndirlir.

Hadisə yerindən qaçan atanın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm