Son 3 gündə 72 əcnəbi saxlanıldı - - FOTOLAR
Bizi izləyin

Hadisə

Son 3 gündə 72 əcnəbi saxlanıldı - - FOTOLAR

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən son 3 gün ərzində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə çərçivəsində 72 əcnəbi saxlanılıb.

Publika.az xəbər verir ki, saxlanılan 72 əcnəbidən 68 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları, 2-nin qeydiyyat ünvanı üzrə yaşamadıqları, 2-nin isə Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları-səyyar ticarətlə məşğul olduqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 47 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm