Üç kilodan çox narkotik aşkarlandı – Sabirabadda
Bizi izləyin

Hadisə

Üç kilodan çox narkotik aşkarlandı – Sabirabadda

Sabirabad rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon polis şöbəsi və Qaragüney polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Rüstəmli kəndində yaşayan Xəyyam Nağıyev saxlanılıb.

Polis əməkdaşları tərəfindən ona məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm