Hadisə
Sabiq nazir insult keçirib
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasovun səhhətində ciddi problem yaranıb. Məlumata görə, eks-nazir insult keçirib.
“Bir neçə ay olar ki, Namiq Abbasovun səhhətində müəyyən problemlər yaranmışdı. Sonradan insult keçirdiyi bəlli oldu. Bir müddət həkimlərin ciddi nəzarəti altında qaldı, amma hazırda səhhəti normaldır”,-sabiq nazirin yaxınları bildiriblər.
Qeyd edək ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.
1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb. (modern.az)
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?