Şamaxıda yeniyetməni avtomobil vuraraq öldürdü
Bizi izləyin

Hadisə

Şamaxıda yeniyetməni avtomobil vuraraq öldürdü

Şamaxı rayonunda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Şamaxı-Padarçöl yolu ilə hərəkətdə olan avtomobil Şamaxının 2003-cu il təvəllüdlü Quşçu kənd sakini İsmayılov Müraciət Rza oğlunu vurub.

Qəza nəticəsində ağır xəsarət alan yeniyetmə DYP əməkdaşları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, M.İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm