Balakəndə ana və 11 yaşlı oğlunu maşın vurdu
Bizi izləyin

Hadisə

Balakəndə ana və 11 yaşlı oğlunu maşın vurdu

Günorta saatlarında Balakən şəhərinin Heydər Əliyev prospektində piyadavurma hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayonun Gərəkli kənd sakinləri - 1976-cı il təvəllüdlü Nailə Cəlal qızı Güliyeva 11 yaşlı oğlu Abdulla Rüfət oğlu Güliyev ilə yolu keçmək istəyən zaman “VAZ-21099” markalı minik avtomobili onları vurub.

Hadisədən sonra N.Güliyeva və oğlu Abdulla Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Balakən MRX-dan “Report”a bildirilib ki, Nailə Güliyevaya başın təpə nahiyəsinin əziyi və hər iki dizin zədəsi, oğlu Abdullaya isə sol bud sümüyünün orta üçdəbirinin qapalı qəlpəli sınığı və hər iki dizin zədəsi dioqnozu qoyulub. Ana və oğulun müalicəsi xəstəxananın Cərrahiyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm