İlyas İsmayılov oğlunun qətli ilə bağlı danışdı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İlyas İsmayılov oğlunun qətli ilə bağlı danışdı (YENİLƏNDİ)

Türkiyənin İstanbul şəhərində azərbaycanlı iş adamı Etimad İsmayılov güllələnib.

Axar.az türkiyə mediasına istinadla xəbər verir ki, E.İsmayılova Floryadakı ofisində basqın edilib və başından 2, ürəyindən isə 1 güllə vurulub.

İş adamı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətli törətməkdə şübhəli bilinən Gözəl Dəmirov adlı şəxsin yaxalanması üçün polis axtarışlara başlayıb.

Qeyd edək ki, Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas ismayılovun oğlu, tanınmış aparıcı Sevil Nuriyevanın əridir. Etimad İsmayılov uzun illər Rusiyada bizneslə məşğul olub və maliyyə məsələlərinə görə Çelyabinskdə həbsdə yatıb. 3 illik həbs həyatından sonra azadlığa çıxan E.İsmayılov bir müddət Azərbaycanda yaşamış, daha sonra İstanbula köçmüş və orada biznesini yaratmışdı.

E.İsmayılov azadlığa çıxandan sonra Sevil Nuriyeva ilə ailə həyatı qurmuşdu.

***

Ədalət Partiyasının sədri İlyas İsmayılov Teleqraf.com-a açıqlamasında Türkiyədə qətlə yetirilən şəxsin oğlu Etimad İsmayılov olduğunu təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm