Sevil Nuriyevadan Etimad İsmayılovun qətlilə bağlı - İlk açıqlama
Bizi izləyin

Hadisə

Sevil Nuriyevadan Etimad İsmayılovun qətlilə bağlı - İlk açıqlama

Xəbər verildiyi kimi, Azərbaycanlı iş adamı Etimad İsmayılov bu gecə Türkiyənin İstanbul şəhərindəki ofisində qətlə yetirilib.

Etimad İsmayılov Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu, tanınmış telejurnalist Sevil Nuriyevanın həyat yoldaşıdır.

Teleqraf.com baş vermiş faciə ilə bağlı Sevil Nuriyeva ilə əlaqə saxlayıb.

Telefon zəngimizə ağlayaraq cavab verən Sevil Nuriyeva hazırda danışacaq durumda olmadığını və baş vermiş hadisə ilə bağlı mediaya sonra açıqlama verəcəyini bildirdi.

Qeyd edək ki, Etimad İsmayılov həmvətəni Gözəl Dəmirov tərəfindən odlu silahla qətlə yetirilib. G.Dəmirov saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm