Cəlilabadda təcili yardım piyadanı öldürdü
Bizi izləyin

Hadisə

Cəlilabadda təcili yardım piyadanı öldürdü

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə dünən axşam saatlarında rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına məxsus "Mercedes" markalı avtomobil Məlikqasımlı kənd sakini, 1948-ci il təvəllüdlü Nuriyeva Afizə Sayadxan qızını vurub. A.Nuriyeva aldığı xəsarətdən hadisə yerində ölüb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm