Bakıda adam öldürmək istəyən ata və oğlu təslim oldu
Bizi izləyin

Hadisə

Bakıda adam öldürmək istəyən ata və oğlu təslim oldu

Bakıda axtarışda olan ata və oğlu tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar.

Onların ətrafında araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm