61 yaşlı kişidən özündən 3 yaş kiçik ögey anasına qarşı DƏHŞƏTLİ ƏMƏL - AZƏRBAYCANDA
Bizi izləyin

Hadisə

61 yaşlı kişidən özündən 3 yaş kiçik ögey anasına qarşı DƏHŞƏTLİ ƏMƏL - AZƏRBAYCANDA

Şamaxı rayonunda ögey anasının qətlində təqsirləndirilən Rəhim Bağırovun cinayət işi üzrə məhkəmə prosesi baş çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayev sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Rəhim Bağırovun anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixatrik müayinə tədbiri tətbiq edilib.

O, Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən prokuror Rəhim Bağırovun anlaqsız vəziyyətdə olduğu üçün barəsində məcburi psixatrik müayinə tədbiri tətbiq edilməsini, buna görə də Maştağada yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsini istəyib.

İttihama görə, ötən il noyabrın 13-də Şamaxı şəhəri, Azadlıq küçəsindəki 52 saylı mənzildə yaşayan 1960-cı il təvəllüdlü Badam Bağırova öldürülüb.

Müəyyən edilib ki, onu bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun birinci arvadı ilə nikahından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Bağırov törədib.

Rəhim Bağırov qadını amansızlıqla qətlə yetirdikdən sonra onun meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb. Sonra meyitin gizlədilməsi üçün onun üstünə daş və torpaq, ağac yığıb.

İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm