Oğulun törətdiyi qəza atasını öldürdü
Bizi izləyin

Hadisə

Oğulun törətdiyi qəza atasını öldürdü

Ağcabədidə ağır yol qəzası baş verib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 29-da saat 14 radələrində Ağcabədi rayonunun Qaravəlli kənd sakinləri Hüseyn Bayramovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillə Ağcabədi şəhər sakini Elçin İbrahimovun idarə etdiyi “MTZ-82” markalı traktor toqquşub. Nəticədə H.Bayramovun sərnişini - atası Mehdi xəstəxanaya yerləşdirilib və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm