Binədəki qəzada xəsarət alanlardan bəzilərinin adları məlum oldu - SİYAHI - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Binədəki qəzada xəsarət alanlardan bəzilərinin adları məlum oldu - SİYAHI - FOTO/VİDEO - (YENİLƏNDİ)

Bakıda qatarla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alaraq 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilən 27 nəfərin adları məlum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanlar - 1979-cu il təvəllüdlü Əliyev Müdafiə Fazil oğlu, 1963-cü il təvəllüdlü Abbasəliyeva Qaratel Baxşəli qızı, 1968-ci il təvəllüdü Ağayeva Aybəniz Aslan qızı, 1995-ci il təvəllüdlü Mustafayeva Rəmzi Şəfayət qızı, 1999-cu il təvəllüdlü Qasımova Əsli Səfər qızı, 1999-cu il təvəllüdlü Səfərli Ülviyyə Fariz qızı, 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu, 1992-ci il təvəllüdlü İsmayılova Şəhla Rasim qızı, 1984-cü il təvəllüdlü Əliyev Ruslan İmran oğlu, 1999-cu il təvəllüdlü Ağayeva Rubay Cəfər qızı, 1995-ci il təvəllüdlü Aşurova Şəhla Fərrux qızı, 1981-ci il təvəllüdlü Məmmədova Güladə Mirzəli qızı, Novruz Salmanov, 2000-ci il təvəllüdlü Hacızadə Ofelya Anar qızı, 1985-ci il təvəllüdlü İsmayılov Məhəmməd Vidadi oğlu, 1984-cü il təvəllüdlü Ağayev Camal Ağadaş oğlu, 1987-ci il təvəllüdlü Əzimov Məmməd Sabir oğlu, 1969-cu il təvəllüdlü Bayramov Tanrıverdi Əsəd oğlu, 1964-cü il təvəllüdlü Əsgərli Bəhruz Mirzə oğlu, 1986-cı il təvəllüdlü Şirəliyev Əlixan Əlibaba oğlu, 1986-cı il təvəlıüdlü Mehdiyev Aslan Loğman oğlu, 1995-ci il təvəlıüdlü Aşurova Əlvanə Fərrux qızı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan 3 nəfərin vəziyyəti ağır olduğundan əməliyyat olunublar.

Hadisə nəticəsində xəsarət alan 5 nəfər azyaşlı - 2013-cü il təvəllüdlü Mustafayeva Xədicə Fuad qızı, 2013-cü il təvəllüdlü Aşurova Günay Rizvan qızı, 2003-cü il təvəlıüdlü Razimova Sona Mahir qızı, 2010-cu il təvəllüdlü Əliyev Murad Müdafiə oğlu və 2008-ci il təvəllüdlü Əliyeva Fatimə Müdafiə qızı həmin xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan Trend-ə bildiriblər ki, azyaşlıların həyatı təhlükəsi yoxdur.

***

Xəzər rayonu Binə qəsəbəsində marşrut avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilənlərin vəziyyəti ağır olaraq qalır.

Xəstəxanadan Publika.az-a verilən məlumatda bildirilib ki, qəza nəticəsində xəsarət alanlardan 3-ü reanimasiya şöbəsində, 3-ü isə əməliyyatdadır: “Qalanları isə müxtəlif şöbələrə yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinə bədənin müxtəlif orqanlarının travması diaqnozu qoyulub”.

***

Xəzər rayonu Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində 34 nəfər xəsarət alıb.

Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, yaralılardan 28 nəfər 3 saylı Şəhər Xəstəxanasına, 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilib.

Qəza nəticəsində ümumilikdə 6 uşaq yaralanıb, onlardan 13 yaşlı məktəbli dünyasını dəyişib, digər uşaqlar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Ümumilikdə, xəstəxanalara yerləşdirilənlərin hamısının vəziyyəti ağırdır.

***

Xəzər rayonu Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində yaralananların sayı artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Publika.az-a bildirib ki, ümumilikdə hadisə nəticəsində bu dəqiqəyə olan məlumata görə, 26 nəfər yaralanıb.

“Yaralıların 22-si Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanaya yerləşdirilənlərin 6-sı uşaq olub. Qəza nəticəsində yaralanan uşaqlardan 1-i dünyasını dəyişib. Hazırda 5 uşaq 3 saylı şəhər xəstəxanasındadır, onlar 6, 10, 12 və 16 yaşlarındadır”.

***

Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 20 nəfər yaralanıb.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, onlardan 7-si qadın, 10-u kişi, 3-ü uşaqdır: “Yaralıların 11 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb. Digər yaralılar hələlik xəstəxanalara yerləşdirilməyib. Hadisə nəticəsində 1 nəfər ölüb”

***

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Bakıda sərnişin avtobusunun qatarla toqquşması ilə bağlı məlumat yayıb.

Qurumdan Publika.az-a verilən məlumatda bildirilir ki, bu gün günorta saatlarında Binə mənzilində ağır qəza hadisəsi baş verib.

Təxminən 14.35 radələrində 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Bakı Nəqliyyat Agentliyi (BNA) avtobusla qatarın toqquşması ilə bağlı məlumat yayıb.

Agentlikdən Publika.az-a verilən məlumata görə, 01.10.2018-ci il tarixində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub.

Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri hazırda hadisə yerindədir.

***

Bakının Xəzər rayonu Binə qəsəbəsində qatar 160 saylı marşrut avtobusu ilə toqquşub. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidməyinin mütəxəssisi Səfayə Əhmədova Publika.az-a bildirib ki, hadisə barədə məlumat daxil olan kimi əraziyə 10 təcili yardım briqadası göndərilib.

“İlkin məlumata görə, hadisə nəticəsində 8 nəfər yaralanıb. Onlar Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılıb. Yaralılardan biri yolda dünyasını dəyişib. Hazırda briqadalarımız hadisə yerindədir”.

Qeyd edək ki, hadisə barədə ilk olaraq unikal.org saytı məlumat yayıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm