Bakıdan antik xalçalar aparmaq istəyən İran vətəndaşı ƏLƏ KEÇDİ - FOTO
Bizi izləyin

Hadisə

Bakıdan antik xalçalar aparmaq istəyən İran vətəndaşı ƏLƏ KEÇDİ - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qədim xalçaların ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə Publika.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, Bakı-İstanbul aviareysilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Fatahei Hosseinə məxsus baqaj rentgen aparatından keçirilərkən, orada gömrük orqanına bəyan edilməmiş malların olması ilə bağlı şübhə yaranıb. Bu səbəbdən vətəndaş saxlanılıb və çantasına təkrar baxış keçirilib.

Təkrar yoxlama zamanı, Fatahei Hosseinə məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş, yaşı 1 əsrdən çox olan 6 ədəd qədim xalça aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm