Hacıqabul sakini at arabasının altında qaldı
Bizi izləyin

Hadisə

Hacıqabul sakini at arabasının altında qaldı

Hacıqabul rayonunda 42 yaşlı kişi at arabasının aşması nəticəsində ağır xəsarətlər alıb.

Axşam saatlarında Abdulabad kənd sakini, 1976-cı il təvəllüdlü Zeynalov Nuhbala Vahid oğlu idarə etdiyi at arabasını aşırıb. Nəticədə o, arabanın altında qalaraq ağır bədən xəsarətləri alıb.

Yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıda onurğa sınığı və digər çoxsaylı sınıqlar aşkar olunub. Xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm