Dəhşətli avtobus qəzasının cinayət işi ilə bağlı DƏYİŞİKLİK
Bizi izləyin

Hadisə

Dəhşətli avtobus qəzasının cinayət işi ilə bağlı DƏYİŞİKLİK

Dünən Bakının Binə qəsəbəsində marşrut avtobusu ilə yük qatarının toqquşması hadisəsi ilə bağlı başlanmış cinayət işi başqa maddəyə tövsif edilib.

Publika.az xəbər verir ki, faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Nəqliyyat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə başlanan cinayət işi 263.3-cü maddəyə tövsif edilib. Bunə səbəb isə qəzada həyatını itirənlərin sayının artmasıdır.

Qeyd edək ki, dəhşətli qəzada 2 nəfər vəfat edib, 41 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hazırda cinayət işinin istintaqı aparılır və müvafiq ekspertizalar təyin edilib.

Nizam Rza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm