• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Şəkidə nişanlı qızın intiharı ilə BAĞLI DƏHŞƏTLİ FAKTLAR: 3 gün sonra toyu olacaqdı (YENİLƏNDİ)

  • Hadisə
  • 3 Oktyabr 2018 10:45
  • 7 027 Baxış
Şəkidə nişanlı qızın intiharı ilə BAĞLI DƏHŞƏTLİ FAKTLAR: 3 gün sonra toyu olacaqdı

Şəki rayonunda baş verən intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, rayonun Aşağı Göynük kəndində yaşayan və müəmmalı səbəbdən intihar edən 1997-ci il təvəllüdlü Mirzəyeva Sitarə Ramiz qızı nişanlı olub.

Bildirilir ki, 21 yaşlı Sitarənin atası aşpaz, anası isə orta məktəb müəllimidir. Dünən anası işdən gələndə qızının evdə asılı vəziyyətdə qalmış meyitini tapıb. Onun üzərindən hər hansı məktub tapılmayıb. Hadisə yerinə gələn istintaqçılar gənc qızın telefonunu araşdırma üçün götürüb.

Kənd sakinlərinin bildirdiyinə görə, intihar edən 21 yaşlı Sitarənin bu ayın 6-da toyu olacaqmış. Artıq toy üçün dəvətnamələr də paylanılıbmış.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

*****

9:16

Şəki rayonunda intihar hadisəsi baş verib.

Hadisə ötən gün Şəki rayonunun Aşağı Göynük kənd inzibati ərazisindəki Abbaslı yaşayış massivində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Satirə Ramiz qızı Mirzəyevanın meyiti yaşadığı evdə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Araşdırma zamanı 21 yaşlı S.Mirzəyevanın hələ ki, istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır. (report)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR