Bağçada uşaqları döyən tərbiyəçinin cəzası MƏLUM OLDU
Bizi izləyin

Hadisə

Bağçada uşaqları döyən tərbiyəçinin cəzası MƏLUM OLDU

“Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi Firuzə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Hökmə əsasən, Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (işgəncə vermə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (işgəncə vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, bu il iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqlar tərbiyəçi tərəfindən zorakılığa məruz qalıb.

Bu barədə video görüntülər sosial şəbəkədə yayılandan sonra cinayət işi açılıb.

Rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm