• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Zaqatalada “Qaz-69” 6 yaşlı uşağı vurdu

Zaqatalada “Qaz-69” 6 yaşlı uşağı vurdu

Zaqatala rayonunda 6 yaşlı uşağı maşın vurub.

Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, hadisə axşam saatlarında Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala sakini Elçin adlı şəxs idarə etdiyi “Qaz-69” markalı minik maşını ilə Yuxarı Çardaqlar kəndi istiqamətində hərəkətdə olarkən yolun kənarı ilə nənəsi ilə hərəkət edən Çobankol kənd sakini, 2012-ci il təvəllüdlü Amin Sərxan oğlu Kərimovu vurub. A.Kərimov ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirlib ki, travmatik şok vəziyyətdə Reanimasiya şöbəsinə yerləşdirilən A.Kərimova ağır kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>