Sərxoş sürücü qəza törətdi
Bizi izləyin

Hadisə

Sərxoş sürücü qəza törətdi

Şəki rayonunda minik avtomobili motosikletlə toqquşub.

“Report”un məlumatına görə, hadisə axşam saatlarında Cəfərabad kəndi ərazisində baş verib.

Rayonun Böyük Dəhnə kənd sakini, 1972-ci il təvəllüdlü Rüstəm Rauf oğlu Abdurəhimov motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə motosiklet minik avtomobili ilə toqquşub.

Hadisə zamanı R.Abdurəhimov xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan “Report”a bildirlib ki, R.Abdurəhimova yumşaq toxumaların əziyi diaqnozu qoyulub. Qeyd edək ki, o, qəza zamanı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm