İlhamə Quliyevanın oğlu həbs edildi - 70 minlik CİNAYƏT - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İlhamə Quliyevanın oğlu həbs edildi - 70 minlik CİNAYƏT - (YENİLƏNDİ)

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun həbs edilməsi ilə bağlı hələlik heç bir dəqiq informasiya yoxdur.

Bu sözləri Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə deyib.

“Məsələ ilə bağlı dəqiq informasiya toplandıqdan sonra mətbuata mlumat veriləcək. Hazırda heç bir rəsmi məlumat yoxdur” – O.Mansurzadə bildirib.

***

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov həbs edilib.

O.Nadirov dünən Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb.

İttihama görə, Orxan Nadirov işə düzəltmə adı ilə zərərçəkmiş şəxsin 69 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb.

O.Nadirov ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb. (oxu.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm