Toydan çıxıb evə gedən şəxsi öldürən sürücü tutuldu - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Toydan çıxıb evə gedən şəxsi öldürən sürücü tutuldu - YENİLƏNDİ

Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.

Dünən axşam saatlarında rayonun Muxax kəndi ərazisində 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğlunu "Mercedes Benz" markalı avtomobillə vuran Bakı şəhər sakini Oktay Mirzəyev Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.(Report)

*****

Zaqatala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saat 20:30 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən piyada 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğludur. A.İbiyev hadisə baş verən ərazinin yaxınlığında toy məclisindən çıxıb və evə gedirmiş. Mərhumun içkili olduğu bildirilir.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm