Bakı-Qazax yolunda ağır qəza: ÖLƏN VƏ YARALANANLAR VAR
Bizi izləyin

Hadisə

Bakı-Qazax yolunda ağır qəza: ÖLƏN VƏ YARALANANLAR VAR

Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 186-cı kilometrliyində, magistral xəttin Kürdəmir ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Heydərov Rövşən Kamil oğlu idarə etdiyi "Şkoda" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən səhhətində problem yaranıb. Bu səbəbdən o, nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı su kanalına düşüb.

Hadisə zamanı sürücü qəza yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, Rusiya vətəndaşları - 1980-ci il təvəllüdlü Fedina Nataliya Anatolevna və 1975-ci il təvəllüdlü Yaşina Olqa Viktorivna müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm