Bakıda yeraltı keçiddə qadına qarşı CİNAYƏT
Bizi izləyin

Hadisə

Bakıda yeraltı keçiddə qadına qarşı CİNAYƏT

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Şıxəli Qurbanov küçəsi 1 ünvanındakı yeraltı piyada keçidində naməlum şəxs 1979-cu il təvəllüdlü Samirə Abdullayevaya hücum edib. Belə ki, qadın keçiddəki ödəmə aparatı vasitəsi ilə ödəniş etmək istəyərkən gənc oğlan ona hücum edərək əlindəki 262 manat pulu alaraq qaçıb.

27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, 26 yaşlı Məhərrəm Məhərrəmzadə saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm