Hadisə
Bayıl yenə SÜRÜŞDÜ - Obyektlər fəaliyyətini dayandırdı, 8 ailə köçürülür - - (YENİLƏNDİ)

Səbail rayon İcra Hakimiyyəti Badamdar yolunun ətrafında yaranmış vəziyyətlə bağlı məlumat yayıb.
İdarədən Publika.az-a daxil olan məlumatda bildirilir ki, oktyabr ayının 12-də gecə saatlarında Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) kəskin maili dağ yamacında, əvvələr tikilmiş istinad divarının yaxınlığında torpaq qatının çökməsi halı qeydə alınıb: “Məsələ ilə əlaqədar hazırda Fövqəladə Hallar Komissiyası, Səbail Rayon İcra Hakimiyyəti və Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbərliyi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Hazirliyinin mütəxəssisləri hadisə yerində olublar. Müvafiq qurumların mütəxəssisləri tərəfindən ərazidə araşdırmalar aparılır. Vətəndaşların və Badamdar yolundan keçən avto-nətliyyat vasitələrinin təhlükəsizliyinin təminatı üçün müvəqqəti olaraq Badamdar şossesinin bu əraziyə düşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Əraziyə yaxın obyeklərini fəaliyyəti dayandırılıb, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində dağ yamacının üst hissəsində yerləşən 8 fərdi yaşayış evlərində yaşayan vətəndaşlar müvəqqəti olaraq evlərini tərk etmələri ilə bağlı xəbərdarlıq edilib.
Hazırda ərazıdə araşdırmalar aparılır”.
*****
13:05
Bakı şəhər Səbail rayonu ərazisində, Badamdar yolu istiqamətində - Bəyoğlu restoranının yanındakı yamacda sürüşmə aktiv şəkildə davam edir.
Bu sözləri Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, ərazidə yaranan çatların sayı artır: "20-ci sahədən Badamdar istiqamətində gedən yolun sol hissəsində, yamacda hal-hazırda sürüşmə prosesi davam edir. Biz bunu daha əvvəl Abşeronun Atlaslar Toplusunda sürüşməyə meyilli olan ərazi kimi qeyd etmişdik. Burada 2012-ci ilin dekabr ayında sürüşmə olub. 2013-cü ildə həmin ərazilərdə aidiyyəti orqanlar tərəfindən bərkidilmə işləri aparılıb. O vaxtdan bu günə kimi orada ciddi hərəkət hiss olunmayıb. Bu ayın əvvəlində ərazidə keçirilən monitorinqlər zamanı müxtəlif istiqamətlərdə çatların və gərginliyin olduğunu müşahidə etdik. Bu barədə yazılı şəkildə məruzə edilib. Bu gün həmin uzunluğu 150 metrə yaxın olan istinad divarında bir neçə yerdə uzunluğu 1 metrə yaxın çatlar yaranıb və divar bir qədər qabağa gəlib. Divarın aşağı hissəsində kiçik gölməçələr əmələ gəlib. Bu ərazidən, yəni sürüşmə baş verən divardan təxminən 2-10 metr aralıda fərdi yaşayış evləri, yeni tikililər var. Sürüşmə hazırda aktiv şəkildə davam edir. Zəruri önləmlər alınıb. Təhlükəsizllik məqsədilə həmin sürüşmənin konturları daxilində, 20-ci sahə Badamdar arasındakı nəqliyyat yolu tamamilə bağlanıb".
*****
12:33
Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi Bayılda sürüşmənin baş verdiyi əraziyə gəlib.
Publika.az xəbər verir ki, aidioyyatı qurumların rəhbərləri də ərazidədir. Bildirilir ki, sürüşmə Badamdar yolu istiqamətində - Bəyoğlu restoranının yanındakı yamacda baş verib.
*****
12:22
Bu gün Bakı şəhər Səbail rayonu ərazisində - Bayıl yamacında sürüşmə baş verib.
Publika.az xəbər verir ki, əraziyə hüquq-mühafizə və digər qurumların əməkdaşları cəlb edilib.
Əlavə məlumat veriləcək.
Sürüşmə ilə əlaqədar Bakı şəhəri Səbail rayonu Badamdar şosesində (Badamdar-20-ci sahəni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar 20-ci sahə adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.
Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.
Könül Cəfərli

-
MDB04:50
Yalnız 10 milyon ödəyənlərə vətəndaşlıq verilsin! - Rusiyada qalmaqallı təklif
-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı