Hadisə
Sürüşmə zonasında SON VƏZİYYƏT: torpaq qatı asfaltın üstünə qədər gəldi
.jpg?v1752131878)
Bakı şəhərinin Səbail rayonunda, Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib.
Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
Onun sözlərinə görə, sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.
İ.İbrahimova sürüşmənin dinamikasında aktivliyin davam etdiyini də açıqlayıb.
Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

-
Rəsmi xronika11:15
Əliyevlə Paşinyanın təkbətək görüşü keçirilir
-
Region09:54
İrəvanda səhər belə açıldı: “Daşnakçılar”ın evlərində axtarış başlandı
-
Cənubi Qafqaz09:36
“Zəngəzurda Azərbaycan ordusunu alqışlayacağıq” - Erməni ekspertdən sensasion iddia
-
Nida Xəbər 09:24
ABŞ-dan gələn siqnal: Əbu-Dabidə bu sənəd imzalanacaq?
-
Avropa09:12
Yeni dərs ilindən məktəblərdə bu geyim qadağan edildi: Valideynlər qəzəbləndi
-
Nəqliyyat08:37
Bakının bu yollarında tıxac yarandı
-
Sağlamlıq07:35
İynə-dərmanla arıqlamağa son! - Yapon alimlərindən inanılmaz kəşf
-
Dünya07:15
6 uşaq atası evdəki bütün pulu oğurlayıb oğlunun azyaşlı nişanlısı ilə qaçdı