Zaqatalada yaşlı kişini maşın vurdu
Bizi izləyin

Hadisə

Zaqatalada yaşlı kişini maşın vurdu

Axşam saatlarında Zaqatala şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zaqatala şəhəri, F.Əmirov küçəsi, ev 7 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Nizami Abdultalıb oğlu Həsənov “Bayraq meydan”ı adlanan ərazidə yolu keçmək istəyən zaman “Niva” markalı minik avtomobili tərəfindən vurulub.

Qəzadan sonra N.Həsənov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Müayinə zamanı ona sol ayağın baldır sümüklərinin qəlpəli yerdəyişən sınığı, bədənin çoxsaylı əziyi diaqnozu qoyulub. Yaralının müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm