Qubada iki maşın toqquşdu: Ana və qızı...
Bizi izləyin

Hadisə

Qubada iki maşın toqquşdu: Ana və qızı...

Quba rayonunda yol qəzası baş verib.

Hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb. Belə ki, "VAZ-2107" və KİA markalı avtomobillər toqquşub. Nəticədə rayonun Rustov kənd sakinləri - KİA-nın sürücüsü Mais Səxavət oğlu Məmmədovun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Bahar Famil qızı Məmmədova və qızı, 2011-ci il təvəllüdlü Nüşabə Mais qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm