Hadisə
Bakıda 200 min manatlıq FIRILDAQ
Bakıda Nərimanov rayonunda 200 min manatlıq dələduzluq baş verib.
Publika.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Nərimanov rayon hüquq mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, oktyabrın 15-də rayon polis idarəsinə sahibkarlar Royal Bayramov və Ramil Zeynalov müraciət edərək, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Quliyev Azər Dağbəyi oğlu ilə birgə biznes qurmaq məqsədi ilə bağladıqları şifahi müqaviləni göstəriblər.
Zərərçəkmişlər iddia edib ki, bu ilin iyun ayında Quliyevə 210 min manat və 2200 ABŞ dolları veriblər. Belə ki, birgə biznes üçün pulun çox hissəsini Bayramov verib.
Zərəçəkmişlərin iddiasına görə, Quliyev nə öhdəliklərini yerinə yetirməyib, nə də pulu qaytarmayıb.
Hazırda Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsi faktı araşdırır. Faktla əlaqəli hələ ki, heç kəs həbs edilməyib.
Xatırladaq ki, ötən gün daxili işlər orqanlarında aldatma yolu ilə pulun mənimsənilməsi ilə bağlı 15 dələduzluq faktı qeydə alınıb.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi