Bakıda Türkiyə vətəndaşını belə aldatdılar
Bizi izləyin

Hadisə

Bakıda Türkiyə vətəndaşını belə aldatdılar

Bakıda dələduzluqla üzləşən əcnəbi ölkə vətəndaşı polisə müraciət edib.

Publika.az xəbər verir ki, Yasamal rayonu İ.Qutqaşınlı küçəsində yaşayan Türkiyə vətəndaşı Raqib Sarı tanışının ona məxsus əşyaları dələduzluq yolu ilə ələ keçirdiyini deyib. R.Sarının sözlərinə görə, sentyabrın 28-də yaşadığı binanın qarşısında tanışı Səxavət Paşazadəyə “Sony” markalı fotoaparatını icarəyə verib. Həmin şəxs 2 gün ərzində cihazı qaytaracağına vəd versə də, buna əməl etməyib.

Türkiyə vətəndaşı fotoaparatının özünə qaytarılmasını və ona qarşı dələduzluq etmiş şəxsin cəzalandırılmasını xahiş edib.

Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm